2 dekabr 2024 at 15:02
Jurnalist kodu: 5564
Xəbər kodu: 85677756
T T
0 Persons

Tags

Pezeşkiyan: Terrorun bölgədə yayılması heç bir ölkənin xeyrinə deyil

Tehran - İRNA - Prezident deyib: “Bölgədə təhlükəsizlik və terrorun yayılması heç bir ölkənin xeyrinə deyil və bu dəhşətli fenomenlə mübarizə aparmaq üçün bölgədəki bütün ölkələr rol oynamalı və iştirak etməlidir.”

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali-Sani bu gün bazar ertəsi səhər saatlarında telefon danışığı zamanı Qəzzə, Livan və Suriyadakı son hadisələri, İran və Qətər arasında ikitərəfli münasibətləri müzakirə ediblər.
Pezeşkiyan bu telefon danışığında Suriyanın şimalında terrorçu qrupların hərəkətlərinə toxunaraq deyib: “Biz İslam ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün qorunduğu təhlükəsiz bölgə və bütün region xalqları üçün sülh və əmin-amanlıq içində bir həyat istəyirik. Bu istiqamətdə, region ölkələri başçılarının əcnəbilər özlərinə müdaxilə etmək icazəsi verməmişdən əvvəl regionun təhlükəsizliyini təmin etmək üçün addımlar atması zəruridir.”
Dövlət başçısı sonra deyib: “Ümid edirik ki, sizin iradə və qətiyyətiniz bundan sonra da regionda sülhün yaranmasında davam edəcəkdir və biz bir-birimizin köməyi ilə İslam ölkələri arasında birlik və vəhdəti gücləndirməklə yanaşı, regionda sülh və təhlükəsizlik vəziyyətini də yaxşılaşdıra biləcəyik.”
Prezident əlavə edib: “Biz inanırıq ki, sionist rejim müsəlman xalqların sülh içində olmasını istəmir. Bu məsələ ixtilaflardan çəkinməyi, İslam ümməti arasında yaxınlaşma və birlik yaratmağı çox zəruri və vacib edir.”
Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali-Sani də bu telefon danışığında Qətərin regional məsələlərdə, xüsusilə Qəzzə və Livan məsələlərində, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması zərurətində İran İslam Respublikası ilə ortaq mövqelərə malik olduğunu bəyan edib, bu məsələlərin həlli üçün iki ölkə arasında əməkdaşlığın və məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayaraq deyib: “İnanırıq ki, Suriyada baş verənlər onu göstərir ki, Suriyada danışıqlar və siyasi həll yolu olmadan sabitlik və təhlükəsizliyə nail olmaq mümkün deyil. Bu baxımdan, biz siyasi razılaşma yolu ilə Suriyada sülhün bərqərar olmasında rol oynamağa tam hazırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .